Britaniyanın müdafiə naziri vəzifəsini tərk etmək niyyətindədir

Britaniyanın müdafiə naziri vəzifəsini tərk etmək niyyətindədir

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Baş nazir Rişi Sunakın sentyabr ayında kabinetdə aparacağı növbəti dəyişiklik zamanı hökuməti tərk etmək niyyətindədir. Bu barədə “The Times” qəzeti məlumat yayıb. Uolles müsahibəsində bildirib ki, siyasətdən yorulub və karyerasını bitirmək istəyir. SİA xarici KİV-ə istinadla xəbər verir ki, Ben Uolles müsahibəsində növbəti seçkilərdə iştirak etməyəcəyini və həmin vaxtadək deputat qalacağını söyləyib.

Uollesin sözlərinə görə, o, qərarı barədə iyunun 16-da Rişi Sunakı məlumatlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə