ABŞ-da kütləvi atışma olub - 4 nəfər ölüb

ABŞ-da kütləvi atışma olub - 4 nəfər ölüb

ABŞ-ın Corciya ştatının Henri dairəsində atışma baş verib. SİA xəbər verir ki, bu barədə CBS telekanalı yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Bildirilib ki, baş verən kütləvi atışma nəticəsində 4 nəfər həlak olub. Materialda qeyd edilir ki, 4 nəfər minimum rəqəmdir, yəni ölənlərin sayı arta bilər.

Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, cinayəti törətdiyi iddia edilən şəxs hələ də azadlıqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə