Britaniya Müdafiə Nazirliyi “İnterfleks” əməliyyatı çərçivəsində krallıq ərazisində 18 min Ukrayna əsgərinin təlim keçdiyini açıqlayıb.
“Böyük Britaniyanın rəhbərlik etdiyi “İnterflex” əməliyyatı indiyədək ukraynalı könüllülərdən ibarət olan 18 min yeni əsgərə təlim keçib”
SİA-nın əldə etdiyi məlumata görə, bu nazirliyin bəyanatında deyilir.
Yeri gəlmişkən, Britaniya hökuməti avqustda ukraynalı pilotların hazırlanmasına da start verəcək. Verilən məlumata görə, dərslərdə Ukrayna Silahlı Qüvvələrinin 20-yə qədər pilotu iştirak edəcək.
Xatırladaq ki, iyulun 1-də Ukrayna prezidenti Vladimir Zelenski, bəzi ölkələrin ukraynalı pilotlara “F-16” döyüş təyyarələrində təlim keçmək prosesini gecikdirlərindən gileylənmişdi.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat da, ukraynalı pilotların xaricdə “F-16”-ları idarə etmək üçün təlimi gecikdirlərini dilə gətirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB