Rusiyada nizami ordunun üsyanı hər an mümkündür. Ona görə də Kreml indi hərbi komandanlığı fəal şəkildə təmizləyərək bunun qarşısını almağa çalışır.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu fikri hərbi ekspert Dmitri Snegirev deyib.
Snegirev əmindir ki, hazırda Rusiya ordu rəhbərliyində başlanan repressiyalar Kremlin Priqojinin üsyanı ssenarisi üzrə ordu iğtişaşının qarşısını almaq istəklərinin birbaşa təsdiqidir.
Ekspert 58-ci Əlahiddə Ümumqoşun Ordunun komandanı general İvan Popovun vəzifəsindən azad edilməsini, Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Sergey Surovikinin saxlanmasını bu prosesin tərkib hissəsi hesab edir.
“Rusiya ordusunda 1937-ci ilin tarixi dövrünə bənzəyən çox maraqlı hadisələr yaşanır, yəni marşal Mixail Tuxaçevski işində orduda kütləvi “təmizləmələr” aparıldığ kimi. Amma Tuxaçevskinin əvəzinə bu gün ruslarda Surovikin və komanda var”.
Əslində, SİA-nın ehtimalına görə, bu elə də düzgün mülahizə kimi qəbul edilməməlidir. Niyə? Çünki bu gün elə Rusiyada da “insan qəssabı” kimi tanınan Surovikinlə Tuxaçevski arasında, necə deyərlər “yerlə-göy” qədər fərq var.
Qeyd edək ki, SSRİ-nin ilk 5 marşalından biri olan Mixail Tuxaçevski Surovikin və ya rusun hansısa indiki bir hərbçisindən fərqli olaraq, təkcə orduda deyl, həm də sadə xalq arasında böyük nüfuza malik idi.
Və Stalini də qorxudan bu idi. Amma...indi nə bilmək olar..? Yenə də bizlik deyil?
...Qayıdaq ekspert Dmitri Snegirevun dediklərinə. Beləliklə, Snegirev bu gün Rusiyada təkcə Priqojinin “Vagner”inə deyil, həm də “Qazprom” və Kadırovun muzdlularına, onların Rusiyadan təmizlənməsinə diqqət çəkir.
Snegirev iddia edir ki, muzdlular mümkün hərbi qiyam üçün güc bazasına çevrilməsinlər deyə, indi onları “utilizasiya” üçün cəbhə xəttinə atıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB