Omskda yanan bina sakinlərinin təxliyyəsi başlanılıb

Omskda yanan bina sakinlərinin təxliyyəsi başlanılıb

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti, Omskda yaşayış binasında baş verən yanğınla əlaqədar xilasedicilər 60 nəfəri təxliyə etdiklərini bildirib.

SİA bu barədə rus saytlarına istinad edir.

“Binadan 60 nəfər təxliyyə edilib, daha 3 nəfər yanğınsöndürən və xilasedicilər tərəfindən xilas edilib. Yanğın 1125 kv. m. ərazini əhatə edib”

Qeyd edək ki, bundan əvvəl Omskın Pobedı bulvarında beşmərtəbəli binanın damının yandığı barədə xəbər daxil olmuşdu.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə