Kanar adalarında meşə yanır

İspaniyanın Kanar adalarında meşə yanğını səbəbindən 2 mindən çox insan təxliyə edilib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şənbə günü “El Pais” qəzeti məlumat yayıb.

Yanğın ilkin olaraq iyulun 15-nə keçən gecə Palma adasının Puntaqorda qəsəbəsi yaxınlığındakı əraziləri əhatə etdiyi bildirilsə də, lakin sonradan genişləndiyi və hazırda 4,5 min hektar meşə sahəsinin yandığı deyilir.

Yanğın indiyədək 12 evi məhv edib. Yanğının söndürülməsinə aviasiyanın cəlb olunduğu deyilir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə