ABŞ-ın keçmiş kəşfiyyatçısı Skott Ritter “The Geopolitics In Conflict Show” YouTube kanalına verdiyi müsahibəsində, NATO-nun Rusiya ilə münaqişəni həll etmək üçün yalnız hərbi yolu qaldığını bildirib. Ritterə görə, guya Moskva artıq Qərbin iqtisadi təzyiqini dəf edib.
SİA bu barədə rus saytlarına istinad edir.
Bu gün Rusiya iqtisadiyyatının tarixdə heç vaxt olmadığı qədər güclü olduğunu deyən Ritter, Qərbin sanksiyalarla Rusiyaya bata bilmədiklərini dilə gətirir.
Ritterə görə, burada Rusiyaya qalib gəlməyin ancaq hərbi variant qalsa da, amma Şimali Atlantika Alyansı buna da hazır deyilmiş.
Ritterin sözlərinə görə, Rusiya Qərbin müdafiə sənayesini tükəndirib və onlar vəziyyətin ən yaxşı şəkildə olmadığını anlayıblar. Eyni zamanda, ekspertin fikrincə, ABŞ həqiqəti etiraf etməyə hazır deyil və buna görə də Ukraynaya silah verməkdə davam edir.
Maraqlıdır ki, keçmiş kəşfiyyatçısı Rusiya Silahlı Qüvvələrinin Dnepropetrovsk, Odessa və Xarkovu da “azad edəcəyinə” əminliyini ifadə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB