"...Milli iradəni tankla, tüfənglə təslim etmək olmaz"

"...Milli iradəni tankla, tüfənglə təslim etmək olmaz"

Biz bütün dünyaya bəyan etdik ki, milli iradəni tankla, tüfənglə təslim etmək olmaz.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Bəylərbəyi stadionunda keçirilən “Türkiyə Əsrinin Qəhrəmanları” proqramında çıxışı zamanı söyləyib.

Yeddi il öncə iyulun 15-nə keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhdin aradan qaldırıldığını qeyd edən Rəcəb Tayyib Ərdoğan vurğulayıb: “Biz xalq olaraq nəsildən-nəslə danışılacaq böyük bir dastan yazdıq. Biz bütün dünyaya bəyan etdik ki, tankla, topla, tüfənglə milli iradəni təslim etmək olmaz. Biz dünyaya necə birləşmək lazım olduğunu göstərdik”.

Bütün xəbərlər Facebook səhifəmizdə