İlon Mask ABŞ rəsmilərinin hərəkətlərindən narazılıq edir

İlon Mask ABŞ rəsmilərinin hərəkətlərindən narazılıq edir

Milyarder və sahibkar İlon Mask tvitində ABŞ-dan Ukraynaya kaset mərmilərinin tədarükü ilə bağlı fikrini bildirib.

Onun sözlərinə görə, bu qərar mənfi nəticələrlə müşayiət olunacaq.

Mask həmçinin, ABŞ-ın döyüşdə kaset sursatlarından istifadə edən hər kəsi “həmişə pis kimi qınadığını” xatırladıb.

“Tale istehzanı sevir, amma ikiüzlülüyə nifrət edir”. Mask yazıb bunu.

SİA-nın əldə etdiyi məlumata görə, bundan əvvəl də ABŞ rəsmiləri və analitikləri kasetli sursatların Ukrayna Silahlı Qüvvələri üçün faydalarını şübhə altına alıblar.

Onların fikrincə, Kiyev xeyli sayda mərmi alarsa, bu Ukrayna qoşunlarının daha effektiv hərəkət etməsinə kömək edəcək. Amma bu xeyli insan itkisi ilə müşayət ediləcək.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan artıq iyulun 7-dən başlayaraq ABŞ-ın Ukraynaya kaset sursatları ötürdüyünü açıqlayıb.

Öz növbəsində ABŞ prezidenti Cozef Bayden bildirib ki, bu, Ukrayna Silahlı Qüvvələrinin hücumunun uğurunu təmin edəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə