Türkiyə ABŞ-la ticarət mübadiləsini artırmaq niyyətindədir

Türkiyə ABŞ-la ticarət mübadiləsini artırmaq niyyətindədir

Rəsmi Ankara ikitərəfli münasibətlərin aktivləşdirilməsi barədə Rəcəb Tayyib Ərdoğan və Cozef Baydenin NATO-nun Vilnüs sammiti çərçivəsində baş tutan danışıqları fonunda ABŞ-la ticarət mübadiləsini 100 milyard dollaradək artırmaq niyyətindədir. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türkiyənin maliyyə naziri Mehmet Şimşek G20 ölkələrinin maliyyə qurumları və mərkəzi bankları rəhbərlərinin iyulun 17-18-də Hindistanda keçiriləcək görüşündə amerikalı həmkarı Canet Yellenlə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə etməyi planlaşdırır.

2022-ci ildə Türkiyə və ABŞ arasında ticarət dövriyyəsinin həcmi 34 milyard dollar təşkil edib. Türkiyə hakimiyyəti ticarət dövriyyəsinin artırılması tərəfdarı olduğunu dəfələrlə bildirib. Lakin Ankaraya “F-16” qırıcılarının satılması məsələlərində fikir ayrılıqları, Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınmasından sonra ölkənin “F-35” qırıcılarının istehsalı proqramından çıxarılması və Türkiyə ilə Yunanıstan münasibətlərində yaşanan problemlər buna maneə yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə