“İsveçdə “Quran”, “Tövrat” və “İncil”in yandırılmasına icazə verilməsi dözülməzdir”
İsveç İslam Federasiyası İsrailin Stokholmda səfirliyi qarşısında “Tövrat” və “İncil”in yandırılmasına icazə verməsini pisləyib.
SİA xəbər verir ki, İsveçin rəsmi xəbər agentliyi TT-nin məlumatına görə, İsveç polisi “Tövrat” və “İncil”i yandırmaq üçün müraciət edən 30 yaşlı adama icazə verib.
Sözügedən aksiya İsrailin İsveç səfirliyi qarşısında yerli vaxtla saat 13:00-da keçiriləcək.
İslam İsveç Federasiyasının prezidenti Tahir Akan bildirib: “Müqəddəs kitabların yandırılmasına icazə verilməməlidir. Mən İsveçdə bu cür təxribatçı hərəkətləri qınayıram. İyunun 28-də Qurban bayramının ilk günü Stokholmda məscidin qarşısında Quran yandırmaq da bir təxribatdır. İsveç kimi demokratik ölkədə belə təxribat xarakterli hərəkətlərin həyata keçirilməsinə təəssüflənirik. Biz müsəlmanlar müqəddəs kitabların yandırılması və məhv edilməsinin əleyhinəyik. Bu, nifrət cinayəti kimi qiymətləndirilməlidir. İsveçdə İslam Federasiyası və dərnəkləri olaraq 5 ay əvvəl İsveçin baş naziri Ulf Kristerssonu toplantımıza dəvət etdik və müqəddəs kitabların yandırılmasının qarşısını almaq istədik…"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB