Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə sosial media hesabında paylaşım edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə sosial media hesabında paylaşım edib: “15 iyulda dövlətini, millətini, istiqlaliyyətini və iradəsini qoruyarkən şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyir, qazilərə və qiyamçılara imkan verməyən bütün bacı-qardaşlarımıza təşəkkürümü bildirirəm. 15 iyul Demokratiya və Milli Birlik Günümüz mübarək”.
SİA-nın əldə etdiyi məlumata görə, R.T.Ərdoğan Türkiyə bayrağının şəklini və iyulun 15-də qiyamçıların istifadə etdiyi tankı zərərsizləşdirən vətəndaşların fotosunu da əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB