“Aİ dənizdə və quruda miqrant uşaqları qorumaq üçün cəhd göstərmir”

Bu barədə açıqlama verən UNİCEF-in Köçkünlərlə İş Komissiyasının sədri Vera Knaus bu göstəricinin ötən ilin eyni dövrü ilə müqayisədə ikiqat çox olduğunu deyib
“Aİ dənizdə və quruda miqrant uşaqları qorumaq üçün cəhd göstərmir”

BMT-nin Uşaqlara Yardım Fondu (UNİCEF) 2023-cü ilin ilk altı ayında Aralıq dənizi yolu ilə Avropaya getmək istəyən 289 uşağın öldüyünü açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Anadolu Agentliyi xəbər verir ki, bu barədə açıqlama verən UNİCEF-in Köçkünlərlə İş Komissiyasının sədri Vera Knaus bu göstəricinin ötən ilin eyni dövrü ilə müqayisədə ikiqat çox olduğunu deyib.

İqlim dəyişikliyi və regional münaqişələrin Afrikanın qərbindən Avropaya doğru gələn miqrantların sayında artım yaratdığını vurğulayan sədr ilin birinci yarısında təxminən 11 min 600 uşağın Aralıq dənizini keçdiyini qeyd edib. O, Avropa İttifaqının dənizdə və quruda miqrant uşaqları qorumaq üçün cəhd göstərmədiyini, uşaqların ailələri ilə yenidən bir araya gəlmələri üçün təhlükəsiz, hüquqi, əlçatan yollara ehtiyac duyulduğunu diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə