Marqarita ilə Kseniyanı öldürmək istəyirmişlər?

Marqarita ilə Kseniyanı öldürmək istəyirmişlər?

Bu arada Rusiya Federal Təhlükəsizlik Xidməti Moskva və Ryazan vilayətində Kremlyönlü RT telekanalının baş redaktoru Marqarita Simonyan və jurnalist Kseniya Sobçaka qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən müəyyən “neonasist qruplaşması” üzvlərinin saxlanması barədə məlumat yayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya xəbər agentlikləri məlumat yayıb.

Beləliklə, xüsusi xidmət qeyd edir ki, həbs əməliyyatı cümə günü, iyulun 14-də həyata keçirilib. TASS-ın məlumatına görə, söhbət 88-ci paraqraf qrupundan gedir. Onun iştirakçıları, guya Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Simonyan və Sobçakın iş və yaşayış yerləri yaxınlığında “kəşfiyyat aparıblar”.

Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, guya hər qətlə görə Ukrayna tərəfi bir milyon yarım rubl ödəyəcəyini vəd edib. Kəşfiyyat xidmətinin məlumatına görə, axtarışlar zamanı əməliyyatçılar “Kalaşnikov” avtomatı, onun üçün 90 patron, qandallar, rabitə vasitələri və onların cinayət niyyətlərini təsdiq edən məlumatlar olan kompüterlər aşkar ediblər.

Qeyd edək ki, Marqarita ilə Kseniyanı öldürmək istəyənlərin sayı barədə Federal Təhlükəsizlik Xidməti məlumat vermir.

Amma “The Insider” məxfi qaynaqlarına istinadən Simonyan və Sobçaka sui-qəsd hazırlamaq ittihamı ilə saxlanılan şəxslərin elektrik cərəyanı ilə işgəncələrə məruz qaldıqları və hətta onlar arasında ölənlərin də olduğu barədə məlumat verib.

Nəşrin mənbəsinin məlumatına görə, insidentlə bağlı ümumilikdə 5 nəfər saxlanılsa da sonradan onlardan biri sərbəst buraxılıb. “The Insider” iki məhbusun adını çəkir - onlar Yeqor Savelyev və Sergey Korolenkovdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə