Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində bir memar ştatın Lonq-Aylend (Long İsland) bölgəsində 2010-cu ildən bəri üstü açılmayan və ən azı 10 nəfərin ölümü ilə əlaqəli olan silsilə qətllərdə şübhəli qismində saxlanıln var.
ABŞ mətbuatında yer alan xəbərlərə görə, 2010-cu ildən bəri ən az 10 qurbanın qalıqlarının tapıldığı və "Gilgo Beach” (Qilgo çimərliyi) kimi bilinən cinayətlərə görə şübhəli bilinən şəxs 15 iyunda hakim qarşısına çıxarılacaq.
Qeyd edək ki, Nyu-Yorkdakı “Gilgo Beach” cinayətləri ilə bağlı saxlanılan adamın adı Reks Hoyermandır. O, Lonq-Aylenddə doğulub-böyüyüb. 1994-cü ildən Nyu-Yorkda yerləşən memarlıq və konsaltinq firması “RH Consultants & Associates”in sahibi və qeydiyyatdan keçmiş memar idi.
Ölənlərin telefon məlumatlarının araşdırılması nəticəsində ələ keçən qatilin Lonq-Aylenddəki Massapequa parkı yaxınlığındakı evində axtarış aparılıb.
Onu da qeyd edək ki, 2010-cu ildən Lonq-Aylendin cənubundakı çimərlikdə müxtəlif vaxtlarda 8 qadın, bir kişi və bir uşaq olmaqla ən azı 10 insan qalığı tapılıb. Sirri açıqlanmayan “Gilgo Beach” qətlləri ictimaiyyətdə qorxuya səbəb olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB