“Mən burada Cakartadan bir daha elan etmək istəyirəm ki…”

V Türkiyə-Cənub-Şərqi Asiya Millətləri Dərnəyi (ASEAN) və Türkiyə Sektoral Dialoq Tərəfdaşlığı Üçtərəfli Toplantısında iştirak etmək və ikitərəfli əlaqələrii genişləndirmək üçün getdiyi İndoneziyanın paytaxtı Cakartada mətbuat konfransında çıxış edib
“Mən burada Cakartadan bir daha elan etmək istəyirəm ki…”

Türkiyənin xarici işlər naziri Hakan Fidan "...bBiz bütün qurumlarımızla koordinasiyalı şəkildə dünyanı Fətullahçı Terror Təşkilatına (FETÖ) daraltmağa davam edəcəyik”-deyə bildirib.

V Türkiyə-Cənub-Şərqi Asiya Millətləri Dərnəyi (ASEAN) və Türkiyə Sektoral Dialoq Tərəfdaşlığı Üçtərəfli Toplantısında iştirak etmək və ikitərəfli əlaqələrii genişləndirmək üçün getdiyi İndoneziyanın paytaxtı Cakartada indoneziyalı həmkarı Retno Marsudi ilə görüşən H.Fidan sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edib və deyib: “FETÖ ilə mübarizə milli təhlükəsizliyimizin ən mühüm məsələlərindən biridir. Bu gün mən burada Cakartadan elan etmək istəyirəm: yeni dövrdə də qurumlarımızla tam koordinasiya və dostlarımızla effektiv əməkdaşlıq içində FETÖ-yə qarşı dünyanı daraltmağa davam edəcəyik.

Terrorla mübarizəmiz təbii ki, FETÖ ilə məhdudlaşmır. İstər PKK, istər onun kölgəli strukturları, istər DEAŞ, istərsə də DHKC olsun, əsas prioritetimiz dövlətimizin və millətimizin bütövlüyünü və təhlükəsizliyini təhdid edən bütün terror təşkilatları ilə mübarizə aparmaqdır. Dik duruşumuz, diplomatik və artan strateji imkanlarımızla biz ölkəmizi terror bəlasından xilas etmək əzmindəyik.

İndoneziya ilə maliyyə, texnologiya, nəqliyyat, enerji, turizm, mədəniyyət və təhsil sahələrində müqavilələr bağladıq, xalqlar arasında əlaqələri yaxşılaşdırmaq üçün çalışmaq barədə razılığa gəldik.

Türkiyə Hava Yollarının İndoneziyaya uçuşlarının artırılmasına çox böyük tələbat var. Bu baxımdan mülki aviasiya sahəsində də əməkdaşlığımızı artıracağıq.

Yeni dövrdə Türkiyə qitəyə çıxış strategiyasını daha da təşkilatlandıracaq. Bunların arasında Yenidən Asiya Təşəbbüsü də var ki, biz ona görə yeni tərəfdaşlıq modelləri hazırlayacaq və mövcud olanları gücləndirəcəyik. İnanırıq ki, Türkiyə və ASEAN regional və qlobal siyasi mühitin əsas oyunçuları kimi daha qabaqcıl səviyyədə əməkdaşlıq etməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə