Polşalı həkimdən uğursuz cəhd...

Polşalı həkimdən uğursuz cəhd...

Bu arada Polşadan olan həkim Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvilidən götürülmüş analiz nümunəsini Tbilisidəki klinikadan gizli şəkildə çıxarmağa cəhd edib.

SİA bu barədə “Sputnik Gürcüstan”a istinadən yazır.

Beləliklə, Gürcüstanın ədliyyə naziri Rati Breqadzenin sözlərinə görə, polşalı tibb işçisi sadə sxemlə çıxış edib: Saakaşvilinin testlərini ayaqqabısında gizlədərək təhlükəsizlik kamerasından keçməyə çalışıb. Lakin, onun bu cəhdi uğursuz olub.

Hazırda Breqadze hadisə ilə bağlı Polşanın rəsmi mövqeyini öyrənmək xahişi ilə Gürcüstan Xarici İşlər Nazirliyinə müraciət edib.

Xatırladaq ki, Gürcüstanın keçmiş rəhbəri son vaxtlar ağır durumdadır. Çox arıqlayıb. Bu yaxınlarda Saakaşvili sümüklərinin parçalanmağa başladığını da bildirib.

Yeri gəlmişkən, həkimlər siyasətçinin ağır metallarla zəhərlənməsi ilə bağlı məlumatı təkzib edərək, onun dəmir barmaqlıqlar arxasından buraxılmasına razı olmayıblar. Buna etiraz olaraq Saakaşvili protein əlavələrindən və parenteral qidalanmadan imtina etməyə başlayıb.

Bir daha xatırladaq ki, Mixail Saakaşvili 2021-ci ilin oktyabrında Ukraynadan qayıtdıqdan sonra Gürcüstanda saxlanılıb və ona Ukrayna vətəndaşlığı qaytarılıb. Siyasətçi bir neçə cinayət işində ittiham olunur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə