İtaliyada havanın temperaturunun rekord həddə çatacağı gözlənilir

İtaliyada havanın temperaturunun rekord həddə çatacağı gözlənilir

İtaliyada anomal istilər səbəbindən “qırmızı” xəbərdarlıq elan olunan şəhərlərin sayı artıb. SİA xəbər verir ki, Avropanın cənubunda müşahidə edilən anomal istilər səbəbindən şənbə günü üçün İtaliyada paytaxt Roma daxil olmaqla 15 şəhərdə, bazar günündə isə 16 şəhər üçün “qırmızı” xəbərdarlıq elan olunub.

Mütəxəssislər həftənin əvvəlindən ölkədə müşahidə olunan anomal istilərin təsirini daha da artıracağını, həftəsonu temperaturun rekord göstəriciyə çatacağını bildiriblər.

Həftə sonunda havanın temperaturunun orta göstəricidən 12 dərəcə yüksək olacağı qeyd olunub. İtaliyanın Siciliya və Sardiniya adalarında isə temperaturun 48 dərəcəyə çatacağı gözlənilir.

Vurğulanıb ki, anomal istilər təkcə yaşlılar, klinik cəhətdən həssas insanlar və uşaqlar üçün deyil, bütün əhali üçün təhlükə yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə