57 yaşlı keçmiş futbolçu xəstəxanaya yerləşdirildi

57 yaşlı keçmiş futbolçu xəstəxanaya yerləşdirildi

Braziliyada 57 yaşlı keçmiş futbolçu, indi isə siyasətçi olan Romario xəstəxanaya yerləşdirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, xəstəyə bağırsaq infeksiyası diaqnozu qoyulub.

Həkimlər onun vəziyyətini stabil hesab etsələr də, hələlik evə buraxılması ilə bağlı açıqlama vermirlər.

Xatırladaq ki, Romario 1994-cü ildə Braziliya milli futbol komandasının tərkibində dünya çempionu olub və dünyanın ən yaxşı futbolçusu kimi tanınıb. O, “Vasko da Qama”, PSV, “Barselona” kimi klublarda çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə