Bu arada Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında Qərbdə Quranın yandırılması ilə bağlı hərəkətlərə münasibət bildirib. Onun fikrincə, bu vəziyyət liberal diktaturanın “yeni normalı”dır.
Diplomat xatırladıb ki, İsveç Şimali Qafqazdakı beynəlxalq terrorçuları azadlıq döyüşçüləri elan edib və hazırda Ukraynanı fəal şəkildə dəstəkləyir.
“...Və bütün Qərb bu cür davranışı tarixin doğru tərəfində olmaq hesab edir. Müqəddəs kitabların yandırılması liberal diktaturanın “yeni normallığının” növbəti təzahürüdür”
SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri də Zaxarova səsləndirib.
Qeyd edək ki, bir müddət əvvəl Moskva Patriarxlığının kilsə, cəmiyyət və media arasında əlaqələr üzrə sinodal şöbəsinin sədr müavini Vaxtanq Kipşidze, İsveç polisinin dini kitabın yandırılmasına icazə verməsi dəlilik və din nümayəndələrinə qarşı patoloji hörmətsizliyin təzahürü olduğunu bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB