...Belarus Müdafiə Nazirliyi “Vaqner” PMC muzdlularının Mogilyov vilayətinə gəldiyini açıqlayıb. Agentliyin məlumatına görə, onlar artıq Osipoviç yaxınlığındakı poliqondadırlar və Belarus ərazi müdafiə qüvvələrinin hərbi heyətinə təlim keçirlər.
Müdafiə Nazirliyinin teleqram kanalında deyilir ki, Belarus hərbçiləri döyüş meydanında hərəkət etmək və taktiki atış bacarıqlarına yiyələnir, mühəndis hazırlığı və taktiki tibb sahəsində də biliklər əldə edirlər.
SİA-nın əldə etdiyi məlumata görə, “Vaqner” PMC-nin döyüşçüləri bir sıra hərbi fənlər üzrə təlimatçı kimi də çıxış ediblər.
Agentlik onu da bildirib ki, PMC rəhbərliyi ilə birlikdə yaxın gələcək üçün silahlı qüvvələrin müxtəlif qollarının bölmələri arasında təlim və təcrübə mübadiləsi üçün yol xəritəsi də hazırlanıb.
Maraqlıdır ki, Mogilev bölgəsində neçə PMC muzdlusunun olduğu dəqiqləşdirilməyib.
Bu arada “Belarus Qayun” monitorinq qrupunun məlumatına görə, respublikaya guya 200-ə yaxın vaqneritin gəldiyi bildirilir.
Yeri gəlmişkən “Azadlıq” radiosunun Belarus xidməti peyk görüntülərinin təhlili əsasında Osipoviç yaxınlığında tərk edilmiş hərbi hissənin ərazisində çadır şəhərciyinin tikintisi barədə məlumat yayıb.
Jurnalistlər hər birində 20-dən 50 nəfərə qədər yerləşə bilən 300-dən çox çöl çadırı hesablayıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB