Rusiya Federasiyası İstintaq Komitəsinin Kuban şöbəsi, xilasedicilərin Tuapse rayonunun Mayskoye kəndində leysan yağışları nəticəsində yaranan daşqın nəticəsində ölmüş 15 yaşlı yeniyetmənin meyitinin tapıldığını bildirib.
SİA bu barədə rus saytlarına istinad edir.
Qeyd edək ki, bu ərazidə baş verən beşinci ölüm hadisəsidir.
Belə ki, bir gün əvvəl suda boğularaq öldüyü iddia edilən iki nəfərin meyiti tapılıb.
Bunlardan biri su basmış fərdi evdə boğulan 19 yaşlı qız, digəri isə “VAZ 2107” markalı avtomobilini “xilas etməyə çalışarkən” aşırıb sonradan avtomobildən çıxa bilməyib boğulub ölən 67 yaşlı kişidir.
Yeri gəlmişkən, 23 yaşlı başqa bir qız hələ də itkin kimi axtarılır.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB