Bu arada Rusiya vətəndaşı Vadim Konoşenok Estoniyadan ABŞ-a ekstradisiya edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Vaşinqtonun iddiasına görə, Konoşenok Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin əməkdaşıdır.
ABŞ onu, daha dörd rusiyalı və iki amerikalını Estoniyadan Rusiyaya qaçaqmalçılıq yolu ilə ABŞ mənşəli mallar, o cümlədən ikili təyinatlı elektronika və ixraca nəzarət edilən döyüş sursatları keçirməkdə şübhəli bilir.
Xatırladaq ki, Konoşenok ötən ilin dekabrında Estoniyada həbs edilib. İttiham tərəfinin sözlərinə görə, o, Rusiyaya 35 növ yarımkeçirici və elektron komponentlər çatdırmağa cəhd edib.
Onu da qeyd edək ki, həbs edilənlərin Moskvanın “Sernia Enqineerinq” və “Sertal” şirkətləri ilə əlaqəli olduqları üzə çıxıb. ABŞ səlahiyyətlilərinə görə, Rusiya kəşfiyyat xidmətləri onlara nəzarət edir.
Yeri gəlmişkən, təqsirləndirilən şəxslərin hər birini 30 ilə qədər həbs gözləyir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB