Beləliklə, Rosstatın (Federal Dövlət Statistika Xidməti-A.B.) məlumatına görə, 2023-cü ilin may ayında Rusiyada 152,7 min nəfər ölüb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 5,7 min (və ya 3,9 faiz) çoxdur.
Bundan əvvəl ölənlərin sayında illik artım 2022-ci ilin martında qeydə alınıb - onda 5,1 faiz təşkil etmişdi. 2023-cü ilin aprelində Rosstat ölənlərin sayının illik ifadədə 7,3 faiz, mart ayında isə 21,1 faiz azaldığını bildirdi.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bütövlükdə Rusiyada körpə ölümü illik hesablamada 10 faiz azalaraq 457 nəfərə çatıb.
Qeyd edək ki, bu arada Rosstat doğumların sayında artım qeydə alıb. Belə ki, 2023-cü ilin may ayında Rusiyada 104,5 min uşaq doğulub ki, bu da bir ilin eyni ayı ilə müqayisədə 1,37 min (və ya 1,3 faiz) çoxdur. Sonuncu dəfə doğulanların sayında artım 2023-cü ilin yanvarında qeydə alınıb, illik ifadədə 417 nəfər (və ya 0,4 faiz) olub.
Rosstatın məlumatına görə, may ayında əhalinin təbii azalması 48,2 min nəfər təşkil edib ki, bu da bir il əvvəlkindən 10 faiz çoxdur. Yanvar-may aylarının yekunlarına görə, əhalinin təbii azalması 2022-ci ilin eyni dövründəki 246,8 min nəfərə qarşı 264,3 min nəfər təşkil edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB