Ukraynada spirtli içkilərin qiymətində bahalaşma...

Ukraynada spirtli içkilərin qiymətində bahalaşma...

Ukrayna İqtisadiyyat Nazirliyi spirtli içkilərin qiymətlərinin minimum artırılmasını təklif edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə müzakirə üçün agentliyin saytında yerləşdirilən qərar layihəsində deyilir.

Qeyd edək ki, nazirlik qiymət artımını sosial-iqtisadi və vergi sferasında baş verən dəyişikliklərlə əlaqələndirir.

Buna görə də idarə araq və spirtli içkilərin pərakəndə satış qiymətlərinin 13, viski, rom və cinlərin – 25, konyakın isə - 11-12 faiz artırılmasını təklif edir.

Maraqlıdır ki, nazirlik köpüklü şərablar və qazlı şərab içkilərin də qiymətinə yenidən baxmağı təklif edir.

Bu arada Ukrayna saytlarının yazdığına görə, iyun ayında istehlak bazarında ərzaq və alkoqolsuz içkilərin qiymətləri ay ərzində 0,1 faiz, spirtli içkilər və tütün məmulatlarının qiymətləri isə 0,8 faiz bahalaşıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə