“Vaqner” Belarus əsgərlərinə təlim keçməyə başlayıb

Belarus Müdafiə Nazirliyi məlumat verib ki...
“Vaqner” Belarus əsgərlərinə təlim keçməyə başlayıb

Belarus Müdafiə Nazirliyi “Vaqner” muzdlu dəstəsinin Belarus əsgərlərinə təlim keçməyə başladığını bəyan edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, nazirlikdən verilən məlumatda Belarusun regional hərbi hissələrinin Osipoviç yaxınlığında təlim keçdiyi bildirilib.

“Vaqner” döyüşçüləri bir sıra hərbi fənlər üzrə təlim keçiblər”.

Xatırladaq ki, Rusiyanın “Vaqner” özəl mühafizə şirkətinin qurucusu Yevgeni Priqojin 2023-cü ilin iyun ayında yanındakı döyüşçülərlə birlikdə Rusiya hökumətinə qarşı silahlı üsyan etmişdi. Qiyam Belarus prezidenti Aleksandr Lukaşenkonun müdaxiləsi ilə başa çatmışdı. Y.Priqojin Belarusa getdikdən sonra “Vaqner”in ölkədə məskunlaşmasını təklif edən A.Lukaşenko Belarus ordusunun “Vaqner” döyüşçülərinin təcrübəsindən yararlana biləcəyini qeyd etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə