Rusiya prezidenti Vladimir Putin “Vaqner” muzdlu qrupunun qanuni olaraq mövcud olmadığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, “Kommersant” qəzetinə müsahibəsində V.Putin Rusiya administrasiyasına qarşı üsyan edən muzdlu qrup “Vaqner”lə bağlı deyib: “Vəziyyət Rusiya ictimaiyyətinə aydın oldu. “Vaqner” döyüşçüləri şərəflə döyüşsələr də, 24 iyunda qiyama qalxdılar və bu, çox üzücüydü. Onlarla danışarkən bir tərəfdən döyüş meydanında, digər tərəfdən 24 iyunda etdiklərini müqayisə etdim, gələcək xidmətləri üçün mümkün variantları göstərim. Bu qədər.
“Vaqner” adlı muzdlu bir şirkət yoxdur. Rusiyada şəxsi hərbi şirkətlərlə bağlı qanun yoxdur. Deməli, qanun yoxdursa, muzdlu şirkət də yoxdur, “Vaqner” adlı hüquqi şəxs yoxdur, qrup var, o da qanuni deyil”.
Rusiya Prezident Aparatının sözçüsü Dmitri Peskov da jurnalistlərə açıqlamasında “Vaqner”in qanuni olmadığını deyib, belə birlik və ya şirkətlərin hüquqi statusunun olub-olmadığının əlavə araşdırma və qiymətləndirmə tələb etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB