Cənubi Afrika Respublikası Putini həbs edəcəkmi?

Cənubi Afrika Respublikası: BRİKS sammitində bütün ölkələrin, o cümlədən Rusiyanın da dövlət başçısı iştirak edəcək..?
Cənubi Afrika Respublikası Putini həbs edəcəkmi?

Qarşıdan gələn BRİKS sammiti Yohannesburqda keçiriləcək. Burada təşkilatın bütün beş üzv ölkənin - Rusiya, Cənubi Afrika, Hindistan, Çin və Braziliya rəhbərlərinin iştirak edəcəyi gözlənilir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Eyewitness News” radiostansiyası xəbər verir ki, bunu Cənubi Afrika prezidenti Siril Ramafosa deyib.

Öz növbəsində Kremlin sözçüsü Dmitri Peskov Ramafosanın bəyanatını şərh edərkən, Rusiya prezidenti Vladimir Putinin sammitdə iştirak formatının hələ müəyyən edilmədiyini deyib.

Bu arada, Cənubi Afrika Respublikasının vitse-prezidenti Pol Maşatil “Mail & Guardian” qəzetinə müsahibəsində, Cənubi Afrika sammitdə Rusiya nümayəndə heyətinə prezident Putinin əvəzinə xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etməsi ilə bağlı xahişini rədd etdiyini bildirib. Maşatilin dediyinə görə, Hindistan və Braziliya, öz növbəsində, sammitin Çinə köçürülməsi variantını rədd etdiklərini də bildirib.

Yeri gəlmişkən, Beynəlxalq Cinayət Məhkəməsi mart ayında Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanı Ukraynanın işğal olunmuş ərazilərindən uşaqları Rusiyaya qanunsuz deportasiya etməkdə ittiham edərək həbslərinə order verib.

Maraqlıdır ki, Cənubi Afrika Respublikası Roma Statutunu imzalayan ölkələr sırasındadır ki, bu da onu Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarına əməl etməyə borclu edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə