Gürcüstanın Yaponiyadakı səfiri Teymuraz Lejavaya hücum olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə T.Lejava özünün tviter səhifəsində yazıb.
Səfir bildirir ki, iyulun 14-də Tokionun mərkəzi küçələrin birində naməlum şəxslər ona və sürücüyə hücum ediblər. Gözlənilmədən avtomobilin qabaq qapısını açan şəxs arxa oturacaqda əyləşən səfiri vurmağa cəhd edib. Lakin sürücünün ayıq-sayıqlığı nəticəsində onlar vəziyyətdən çıxa biliblər.
Hadisə zamanı xəsarət alan olmayıb.
Yaponiya polisi faktla bağlı araşdırma aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB