"Onlar Rusiya ordusu üçün qanuni hədəfdir"

"Onlar Rusiya ordusu üçün qanuni hədəfdir"

Ukraynadakı xüsusi hərbi əməliyyat zonasında son vaxtlar xarici özəl hərbi şirkətlərin böyük fəallığı qeydə alınıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“...Onların Ukrayna neonasistlərinin cinayətlərində əli olması şübhə doğurmur”.

Bunu da ruslar, dəqiq desək rus saytları yayımlayıb.

Bununla yanaşı, rus nazirlik xatırladıb ki, Ukrayna Silahlı Qüvvələrinin yaraqlıları sıralarına qoşulan xarici muzdlular Rusiya ordusunun qanuni hədəfləridir.

Rusiya Xarici İşlər Nazirliyi həmçinin qeyd edib ki, döyüşçülər terrorçuların tərəfində döyüşən əcnəbiləri guya müntəzəm olaraq uğurla vururlar.

Təbii ki, rus saytları burada “mövzuya uyğun” nümunə də gətiriblər.

Beləliklə, rusların yazdığına görə, bir müddət bundan əvvəl əsir götürülən ukraynalı yaraqlı Oleq Krizinsır, səfərbər edilmiş ukraynalıların Latviyada əcnəbi təlimatçılar tərəfindən təlim keçdiklərini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə