...Hüquq-mühafizə orqanları ilə əlaqəli 112 Telegram kanalı Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin keçmiş polkovniki Mixail Polyakovun həbsi barədə məlumat yayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, “nüfuzlu siyasətçilərdən və iş adamlarından pul tələb etməkdə” şübhəli bilinir.
Maraqlıdır ki, Krmlə yaxın olan Telegram kanallar Federal Təhlükəsizlik Xidmətində Mixail Polyakov adlı şəxsin olmadını iddia edirlər.
Amma “NARRATIVA” kanalı Moskva üzrə Baş İstintaq İdarəsindəki mənbəyə istinadən, saxlanılan şəxsin Kremlin paltaryuyanı olmaqla yanaşı, həm də “Nezyqar” teleqram kanalının idarəedicisi olduğunu da yazır.
“Baza” analoji məlumatları təqdim edərək əlavə edib ki, teleqram kanallarının administratorları Polyakovu “Federal Təhlükəsizlik Xidmətinin Mişa əmisi” adlandırıblar.
O da maraqlıdır ki, Rusiya rəsmiləri verilən məlumatları hər vəhclə gizli saxlamağa çalışırlar.
Qeyd edək ki, rəsmi hüquq-mühafizə orqanları bununla bağlı hələlik heç bir açıqlama verməyib.
Yeri gəlmişkən Polyakovun rəsmi prosessual statusu məlum deyil.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB