Çində şagirdlərini zəhərləyən müəllim edam edilib

Çində şagirdlərini zəhərləyən müəllim edam edilib

Çinin Henan əyalətində xalq məhkəməsinin qərarı ilə işlədiyi məktəbdəki şagirdlərin yeməyinə kimyəvi maddə qataraq bir nəfərin ölümünə səbəb olan, 25 nəfəri zəhərləyən Vanq Yun edam edilib.

SİA-nın əldə etdiyi məlumata görə, Yun başqa bir müəllimlə yaşadığı problem səbəbindən bunu törətdiyini iddia edib. Belə ki, 40 yaşlı Van 2019-cu il martın 27-də Sun soyadlı həmkarı ilə “şagirdlərin idarə edilməsi” məsələsi ətrafında mübahisə edib. Bundan sonra o, uşaqların sıyığına zəhərli natrium nitrit qatıb. Nəticədə uşaqlardan biri orqan çatışmazlığı səbəbindən həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə