Ərdoğan İstanbulda jurnalistlərin suallarını cavablandırdı

İstanbulda jurnalistlərin suallarını cavablandıran R.T.Ərdoğan avqust ayında Rusiya prezidenti V.Putini Türkiyədə qəbul etməyə hazırlaşdıqlarını bildirərək bunları deyib...
Ərdoğan İstanbulda jurnalistlərin suallarını cavablandırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Qara dəniz taxıl dəhlizinin uzadılması ilə bağlı razılığa gəldiklərini söyləyib.

SİA-nın əldə etdiyi məlumata görə, İstanbulda jurnalistlərin suallarını cavablandıran R.T.Ərdoğan avqust ayında Rusiya prezidenti V.Putini Türkiyədə qəbul etməyə hazırlaşdıqlarını bildirərək bunları deyib: “Biz Putinlə Qara dəniz taxıl dəhlizinin uzadılması ilə bağlı razılığa gəldik.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş sözügedən mövzuda Rusiya prezidentinə məktub göndərib. Ümid edirəm ki, bu məktubla Türkiyə və Rusiyanın birgə səyləri ilə taxıl dəhlizi sazişinin uzadılmasını təmin edəcəyik”.

Türkiyənin Avropa İttifaqına üzvlüyünə toxunan Ərdoğan Vilnüsdə NATO sammitində görüşdüyü bütün Aİ-yə üzv ölkələrin başçıları ilə bu məsələni müzakirə etdiklərini bildirib, “52 ildir qapıda gözləyən Türkiyəyə qarşı müsbət addımlar atmalarını istədiyimizi dedik” ifadəsini işlədib.

Yunanıstanın baş naziri Kiryakos Mitsotakis ilə görüşü ilə bağlı da danışan Türkiyə prezidenti deyib: "Seçkidə qalib gələn iki ölkə başçısı olaraq addımlarımızı müsbət istiqamətdə atmaq istəyirik. Onlarla xüsusilə Qərbi Trakya və müftilər məsələsi ilə bağlı danışdıq. Səfirlərin qarşılıqlı görüşləri və xarici işlər nazirlərinin hazırlıqlarından sonra biz bir araya gələcək və lazımi addımları atacağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə