Kişinyov hava limanında baş verən atışmaya görə istefa verənlər...

Kişinyov hava limanında baş verən atışmaya görə istefa verənlər...

Moldovanın daxili işlər naziri Anna Revenko iyunun 30-da Kişinyov hava limanında baş verən atışma ilə bağlı istefa verib.

SİA-nın əldə etdiyi məlumata görə, “Reuters” xəbər verir ki, baş nazir Dorin Recean daxili işlər nazirinin istefasını qəbul edib.

Təhsil naziri Anatoli Topala və İnfrastruktur Nazirliyinin rəhbəri Lilia Dabija da istefa veriblər. Dorin Recean iyulun 14-də keçirdiyi mətbuat konfransında bildirib ki, boşalmış vəzifələrə namizədləri gələn həftə prezident Maia Sanduya təqdim edəcək.

Kişinyov aeroportunda baş verən atışma hadisəsindən sonra müxalif “Şor” partiyası Daxili İşlər Nazirliyi, Sərhəd Xidməti, İnformasiya və Təhlükəsizlik Xidməti rəhbərlərinin də istefasını tələb edib.

Xatırladaq ki, həmən vaxt Tacikistan vətəndaşı Rüstəm Aşurov iyunun 30-da Kişinyov hava limanında atəş açmışdı. Daxili İşlər Nazirliyinin məlumatına görə, bu, onun Moldova ərazisinə buraxılmamasından sonra baş verib. Nəticədə iki zabit həlak olub: 31 yaşlı sərhəd polisi Sergiu Muntyanu və hava limanının təhlükəsizlik inspektoru, Dövlət Təhlükəsizlik Xidmətinin ehtiyatda olan polkovnik-leytenantı, 40 yaşlı İqor Çiofu.

İyulun 4-də onların ölümü ilə əlaqədar Moldovada milli matəm elan edilmişdi.

Onu da xatırladaq ki, həbs zamanı çoxsaylı güllə yaraları alan 43 yaşlı Rüstəm Aşurov iyulun 3-də axşam saatlarında Kişinyovdakı təcili tibbi yardım xəstəxanasında dünyasını dəyişib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə