Afrikada ərzaq böhranından əziyyət çəkənlərin 80 faizi münaqişə zonalarında yaşayır.
SİA-nın əldə etdiyi məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Afrika Regionu üzrə direktoru Patrik Yusuf Afrikanın müxtəlif yerlərində baş verən münaqişələrin ərzaq böhranına təkan verdiyinə diqqət çəkib: “Qida problemindən əziyyət çəkən insanların 80 faizi münaqişə bölgələrində yaşayır.
Qarşıdurmaların şiddətlənməsi və iqlim dəyişikliyi ilə əlaqədar ərzaq böhranı artır və biz bundan narahatıq.
Somali və Burkina Faso kimi ölkələr quraqlıq və qarşıdurmadan ən çox təsirlənən ölkələr arasındadır.
Qida böhranı ilə mübarizədə beynəlxalq ictimaiyyət daha çox addım atmalıdır”.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Afrikada hər 5 nəfərdən biri iqlim dəyişikliyi, münaqişələr, epidemiyalar və Ukrayna-Rusiya müharibəsinin səbəb olduğu ərzaq böhranı səbəbindən sağlam qidalana bilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB