NATO ukraynalıların həyatı bahasına müharibənin davam etməsini istəyir - İtaliyalı diplomat
"NATO ukraynalıların həyatı bahasına müharibənin davam etməsini istəyir və bununla da özünü dünyanın ağaları kimi elan etməkdə özünün siyasi məsuliyyətsizliyini təsdiqləyir". SİA xəbər verir ki, bu sözləri İtaliyanın Tehran və Pekindəki keçmiş səfiri diplomat Alberto Bradanini TASS-a müsahibəsində deyib.
"Vilnüs sammitində Birləşmiş Ştatlar və NATO yalanlarla birləşən siyasi məsuliyyətsizlik nümayiş etdirərək, Alyansın hərəkətlərini sülhməramlıya yönəldib, eyni zamanda nüvə dövləti Rusiya ilə münaqişəni davam etdirməyi təklif ediblər. NATO-nun Vilnüs sammitindən çıxanlar acınacaqlı və təhlükəli idi. İlk növbədə ona görə ki, o, uydurma yalanlarla dolu idi. ABŞ-a görə NATO Amerika imperiya patologiyasını dəstəkləmək, birqütblü hökmranlıq tətbiq etmək yox, sülh və sabitliyi qorumaq məqsədi daşıyırdı”, - italiyalı diplomat bildirib.
Diplomat hesab edir ki, sülhə nail olmaq üçün kompromis lazımdır, bunu bütün keçmiş müharibələrin tarixi bizə öyrədir: “Əgər Vilnüsdəki müzakirənin əsas nöqtəsi sülh olsaydı, biz rus qoşunlarını Ukrayna ərazilərindən çıxarmaq üçün təkidli tələbimiz yox, üzərində işləmək üçün kompromis təklifimiz olardı”, - diplomat sözlərinə davam etdi.
"Bəziləri deyəcək ki, bu, ədalətsizdir. Bunu tarix mühakimə edəcək, tarix həmişə öyrədib ki, müharibələr bir tərəfin tam məğlubiyyəti ilə bitməsə, kompromislə başa çatır. Amma nüfuzlu müşahidəçilərin qeyd etdiyi kimi, 6000 nüvə başlığı olan Rusiyayanın məğlubiyyəti nəzərdən keçirilə bilməz ”, - Bradanini bildirib.
O, bir daha xatırladıb ki, Henri Kissincer, Noam Xomski, Harli Şlanqer, Skott Ritter və hətta Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns də daxil olmaqla bir çox tanınmış siyasətçi və müşahidəçilər Rusiyada səfir olarkən NATO-nun Ukraynaya yaxınlaşacağı təqdirdə Rusiyanın belə reaksiyasını proqnozlaşdırıblar. O, həmçinin 2008-ci ildə Almaniyanın keçmiş kansleri Angela Merkelin Ukraynanın NATO-ya qəbulunun Rusiya ilə müharibəyə gətirib çıxaracağı ilə bağlı xəbərdarlıqlarını xatırladıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB