Macarıstanın səlahiyyətli şəxsləri 18 yaşından kiçik uşaqlara LGBT məzmunlu qrafika romanını satan kitab satıcısını 27,400 funt sterlinq məbləğində cərimə edib. SİA BBC-yə istinadən xəbər verir ki, "Lira Kiskereskedelmi Kft" pərakəndə satıcısı “Heartstopper” adlı kitabı plastik folqa ilə bağlamadan satıb. Rəsmilər kitabın homoseksuallığı əks etdirdiyini və azyaşlılara satıldığını bildiriblər. Kitab iki yeniyetmə oğlandan bəhs edən sevgi hekayəsidir və “Netflix” platformasında serialı da çəkilib.
Cərimə Budapeşt şəhərinin hökumət idarəsi tərəfindən verilib və “MTI” dövlət xəbər agentliyinə bildirib ki, kitab mağazası və homoseksualizmlə bağlı hekayəni təsvir edən digər kitablar satdığı üçün satıcı barədə araşdırma aparılıb. İstintaqda qeyd olunub ki, sözügedən kitablar homoseksuallığı əks etdirir və buna baxmayaraq, onlar yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş ədəbiyyatlar sırasına yerləşdirilib.
Qeyd edək ki, 2021-ci ildə Macarıstanın xristian dəyərlərini müdafiə etdiyini deyən baş nazir Viktor Orbanın səyi ilə hökümət 18 yaşdan kiçiklər arasında "homoseksuallığın nümayişini və təbliğini" qadağan edən qanun qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB