"NATO dövlətləri Kiyevin nüvə terrorizmini himayə edir". SİA TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Telegram" kanalında Ukraynaya məxsus pilotsuz təyyarənin Rusiyanın sərhədyanı Kursk vilayətində Kurçatovda düşməsini şərh edərkən yazıb.
"Kursk Atom Elektrik Stansiyasının yerləşdiyi Kurçatov şəhərində Ukraynaya məxsus pilotsuz uçan aparat düşüb. NATO ölkələrinin xalqları başa düşməlidirlər ki, onların hökumətləri Kiyev rejimi tərəfindən törədilən nüvə terror aktlarına sponsorluq edirlər", - o vurğulayıb.
Qeyd edək ki, Kursk vilayətinin qubernatoru Roman Starovoit bildirib ki, Ukraynaya məxsus pilotsuz uçan aparat ötən gecə Kurçatovda yerə düşüb, partlayış nəticəsində yaşayış binasının fasadı və pəncərələri zədələnib. O əlavə edib ki, itki yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB