İstanbulun 3 ayrı bölgəsində terror təşkilatı İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlarda 28 əcnəbi şübhəli yaxalanıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ünvanlardan silah və güllələr götürülüb.
Terror təşkilatı və qarşıdurma bölgələri ilə əlaqəsi olan şübhəlilərin şəxsiyyət və ünvanlarını müəyyən edən qruplar Başakşehir, Esenyurt və Beylikdüzündə 15 ünvanda əməliyyat keçirib. Əməliyyatda 28 əcnəbi şübhəli saxlanılarkən, axtarışlar zamanı 2 sənədsiz tapança, 172 güllə, 100 min 600 lirə, 77 min 500 dollar və 610 min avro ələ keçirilib. Şübhəlilər polis idarəsinə aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB