Yaponiyanın dünyaca məşhur tanınmış animasiya rejissoru Hayao Miyazakinin təqaüdə çıxmamışdan əvvəl son filmini təqdim edib. SİA BBC-yə istinadən xəbər verir ki, rejissorun “How Do You Live” (Necə yaşayırsan) adlı filminin adı Genzaburo Yoşinonun 1937-ci il romanından götürülsə də, hekayəsi Miyazaki tərəfindən qələmə alınan tamamilə orjinal hekayədir. Filmdəki hadisələr İkinci Dünya Müharibəsi zamanı Yaponiyada cərəyan edir və anası yanğında həlak olan Mahito adlı gənc oğlandan bəhs edir.
Film Miyazakinin özünəməxsus tərzi, qəribəlikləri və tematik narahatlıqları ilə doludur və animasiya əllə çəkilib.
Müəllif: Aysel Naibli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB