Rusiya prezidenti Vladimir Putin iyulun 17-də müddəti başa çatan Qara dəniz taxıl dəhlizi sazişi və Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı açıqlamalar verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, taxıl müqaviləsinin uzadılması məsələsinə toxunan Putin bunları deyib: “Əgər bizə verilən bütün vədlər yerinə yetirilməsə, bu müqavilədə iştirakımızı dayandıra bilərik. Lakin bu vədlər yerinə yetirilərsə, yenidən müqaviləyə daxil olacağıq”.
Putin BMT-ni də tənqid edərək, BMT-nin indiyə qədər problemə qənaətbəxş bir həll tapmadığını və BMT-nin baş katibi Antonio Quterreşdən razılaşmanın uzadılması təklifi ilə bağlı heç bir məktub almadığını bildirib.
Ukraynanın mümkün NATO üzvlüyü ilə bağlı danışan Putin həmçinin fikirlərinə bunları əlavə edib: "Ukraynanın NATO üzvlüyünə gəlincə, biz bu barədə dəfələrlə danışmışıq. Belə bir müraciətin qəbul edilməsi bizim təhlükəsizliyimiz və Ukraynanın təhlükəsizliyi üçün təhdiddir. Axı xüsusi hərbi əməliyyatın səbəblərindən biri də Ukraynanın NATO-ya üzvlüyü təhlükəsidir. Mən əminəm ki, bu, Ukraynanın təhlükəsizliyini artırmayacaq, dünyanı daha kövrək edəcək və beynəlxalq gərginliyi artıracaq".
Qərb ölkələrinin Ukrayna ordusuna verdiyi silah dəstəyini tənqid edən və bu dəstəklərin bir məqsədə çatmadığını müdafiə edən Putin qeyd edib: “Uzun mənzilli raketlərin tədarükünə nə qədər ümid bəslədiklərini görürük. Bəli, zərər verirlər. Bununla belə, raketdən istifadə etməklə döyüş meydanında kritik dəyişikliklərə nail olmaq mümkün deyil. Eyni şey xarici tanklara və piyada maşınlarına da aiddir. Belə yeni silahların göndərilməsi Ukraynadakı vəziyyəti çətinləşdirməyə və münaqişəni qızışdırmağa kömək edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB