“Qərb Ukraynada müharibə istəyir" - BAŞ NAZİR

“Qərb Ukraynada müharibə istəyir" - BAŞ NAZİR

Ukraynanı NATO-ya dəvət etmək növbəti dünya müharibəsinə səbəb ola bilərdi, ona görə də müttəfiqlər haqlı olaraq Vilnüs sammitində belə bir addım atmaqdan çəkiniblər. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

"Əgər biz Ukraynanı NATO-ya daxil etsəydik, bu, dərhal müharibəyə səbəb olardı", - Macarıstan hökumətinin başçısı deyib. Bununla belə, Qərbdə Ukrayna münaqişəsinin davam etdirilməsi lehinə düşmənçilik əhval-ruhiyyəsi hələ də hökm sürür, deyə o, təəssüflə bildirib.

“Qərb Ukraynada müharibə istəyir. Ukraynalılar aqressivdir və onlar daim özləri üçün nə isə tələb edirlər”, - baş nazir əlavə edib. Ona görə də Orban hesab edir ki, qonşu ölkədə münaqişə uzun sürəcək və Macarıstan hökuməti buna hazır olmalıdır.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə