Kriptovalyutalarda "Ripple" coşqusu

Kriptovalyutalarda "Ripple" coşqusu

ABŞ-da bir hakimin Ripple Labs-ın kriptovalyuta XRP satmaqla federal qiymətli kağızlar qanununu pozmaması barədə qərar çıxarmasından sonra kriptovalyutalar qızışır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ripple 70 faizdən çox artım yaşasa da, kripto pul bazarının ümumi dəyəri 6,52 faiz artıb. Bitkoin son 24 saatda 3,50 faiz dəyər qazanaraq 31 min 362 dollara çatıb. Beləliklə, son 14 ayın pik nöqtəsini gördü.

İkinci ən yüksək həcmli kriptovalyuta Ethereum 7,51% bahalaşaraq 2008,24 dollar olub. Beləliklə, Ethereum aprel ayından bəri ilk dəfə 2000 dollar gördü. Solana son 24 saatda 32,42% artaraq 28,70 dollara çatıb. Saat 09:00-da Ripple 67 faiz artımla 0,7898 sentdən ticarət edirdi. Kriptovalyuta bazarının ümumi dəyəri 6,58 faiz artaraq 1 trilyon 260 milyard dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə