Türkiyənin xarici işlər naziri Hakan Fidan İndoneziya prezidenti Coko Vidodo ilə görüşüb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hakan Fidan ASEAN - Türkiyə Beşinci Sektor Dialoq Tərəfdaşlığı Üçtərəfli Toplantısında iştirak etmək üçün gəldiyi İndoneziyada təmaslarını davam etdirir.
Nazir Fidan İndoneziya Prezidenti Coko Vidodo ilə görüşüb. Xarici işlər naziri Retno L.P. Mərsudinin dəvəti ilə İndoneziyaya səfər edən nazir Fidan Türkiyə - ASEAN əlaqələrinin hazırkı vəziyyətini qiymətləndirmək və qarşıdakı dövr üçün konkret əməkdaşlıq təklifləri irəli sürmək üçün ASEAN-ın Prezidenti İndoneziyanın xarici işlər naziri Marsudi və ASEAN-ın baş katibi Kao Kim Hourn ilə üçtərəfli görüş keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB