""Vaqner" Ukraynadakı döyüşlərdə əhəmiyyətli şəkildə iştirak etmir" - PENTAQON

""Vaqner" Ukraynadakı döyüşlərdə əhəmiyyətli şəkildə iştirak etmir" - PENTAQON

"Vaqner" muzdluları artıq Ukraynadakı döyüş əməliyyatlarında heç bir əhəmiyyətli mövqedə iştirak etmirlər. SİA BBC-yə istinadən xəbər verir ki, bu barədə Pentaqon bildirib. Belə ki, qrupun Rusiyada başlatdığı qiyamdan iki həftədən çox vaxt keçib.

Pentaqonun mətbuat katibi Pat Rayder brifinqdə deyib: "Hazırda biz "Vaqner" qüvvələrinin Ukraynada döyüş əməliyyatlarına dəstək vermək üçün əhəmiyyətli mövqedə iştirak etdiyini görmürük".

Rayder bildirib ki, Birləşmiş Ştatlar “Vaqner” qırıcılarının əksəriyyətinin hələ də Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərindədir.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə