Putin milli layihənin təsdiqini vacib sayıb

Putin milli layihənin təsdiqini vacib sayıb

Rusiya Prezidenti Vladimir Putin 2023-cü il sentyabrın 1-dək pilotsuz uçuş sistemlərinin inkişafı üzrə milli layihənin təsdiq edilməsini tələb edib. SİA TASS-a istinadən xəbər verir ki, Rusiya Federasiyasının prezidenti bunun büdcədə prioritet kimi nəzərə alınmasını istəyib.

“Növbəti texnoloji paradiqmaya sistematik baxmaq prinsipial olaraq vacibdir. Gələcəyin sənaye və bazarlarını yaratmaq, pilotsuz uçuş sistemlərinin inkişafı üzrə milli layihə məhz bu məntiqlə qurulub. Həmkarlarımızla razılaşdığımız kimi, sizdən xahiş edirəm ki, 2023-cü il sentyabrın 1-dək onu təsdiq edəsiniz, həmçinin 2024-cü ilin büdcəsi və 2026-cı ilə qədər planlaşdırma dövrü formalaşarkən bu prioritet sahə nəzərə alınsın”, - deyə dövlət başçısı “Hesablama və Rabitə” Gələcək Texnologiyaların I Forumunda bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə