Pentaqonun Birgə Qərargahının əməliyyatlar üzrə direktoru Duqlas Sims “F-16” qırıcılarının indi Ukraynaya təhvil verilməsinin vaxtsız olacağını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.
““F-16”-ların yerləşdirilməsi üçün şərtlər ideal olmaya bilər", deyən Sims, bunun qismən Rusiyanın geniş hava hücumundan müdafiə imkanları ilə bağlı olduğunu da əlavə edib.
Xatırladaq ki, bundan əvvəl pentaqonlu rəsmi, Amerika kasetli sursatlarının artıq Ukraynada olduğunu təsdiqləyib.
Sims qeyd edib ki, Ukrayna ABŞ-dan təkcə kaset sursatları deyil, digər dövlətlərin də tədarük etdiyi analoji mərmilər alıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB