Ukraynada təkcə rus mahnıları oxumaq qadağan edilmir, həm də...

“Rus dili işğalçı ölkənin dilidir və onun paytaxtımızın ürəyində yeri yoxdur”
Ukraynada təkcə rus mahnıları oxumaq qadağan edilmir, həm də...

Kiyev Şəhər Şurası Ukraynanın paytaxtında rusdilli mədəni məhsulun ictimai istifadəsinə moratorium qoyub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şəhər şurasının mətbuat xidmətindən bildirilib.

Qeyd edək qadağaya kitablar, bədii albomlar, audiovizual əsərlər, musiqili səs yazıları, əl işləri, teatr və sirk tamaşaları, konsertlər eləcə də mədəni-maarif xidmətləri daxildir.

Kiyev Şəhər Şurasının Təhsil və Elm, Gənclər və İdman daimi komissiyasının rəhbəri Vadim Vasilçuk, “rus dili işğalçı ölkənin dilidir və onun paytaxtımızın ürəyində yeri yoxdur”-deyə bildirib.

...O əlavə edib ki, moratorium bədii, tarixi, etnoqrafik və elmi əhəmiyyət kəsb edən və Ukrayna qanunvericiliyinə uyğun olaraq qorunub saxlanılması, çoxaldılması və mühafizəsi tələb olunan maddi və mənəvi mədəniyyət obyektlərinə də şamil edilir.

Yeri gəlmişkən, 2022-ci ilin iyununda Ukrayna Ali Radası ictimai yerlərdə və mediada rus musiqisinin ifasını qadağan edən qanun layihəsini təsdiqləyib.

Qadağa ictimai ifalara, habelə rus ifaçılarının, habelə Rusiyanın Ukraynaya təcavüzünü açıq şəkildə dəstəkləyənlərin əsərlərinin fonoqramlarından və video yazılarından istifadəyə şamil edilir.

Onu da qeyd edək ki, burada söhbət rus dilində yazılanlardan yox, konkret olaraq rus müəlliflərinin əsərlərindən gedir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə