...Deməli, Perevalskda rus işğalçıları üçün “təşkil edilmiş” qeyri-qanuni zirzəminin işinin bərpası təsdiqləndi. Deyilənlərə görə, indi ora təkcə refuseniklər göndərilir.
SİA-nın qeyri-rəsmi bir termin kimi təqdim etmək istədiyi bu sözün hərfi mənası “imtina edənlər” kimi qəbul edilir
Beləliklə, səfərbər edilmiş Sergey Raevski “ASTRA”-nın redaksiyasına müraciət edib. O, heç bir izahat vermədən Perevalskdakı keçmiş 15-ci koloniyanın ərazisindəki zirzəmiyə düşdüyünü deyib.
Raevski, dediyinə görə, 1430-cu alayda xidmət edir. Mayın 18-də onu Perevalska aparıblar, orada 10 sutka qanunsuz saxlayıblar, sonra isə öz istəyi ilə Donetsk vilayətində yerləşdirilən 57-ci briqadaya keçirildiyi iddia edilən sənədləri imzalamağa məcbur ediblər.
Raevski məzuniyyətə çıxmaq istəyəndə məlum oldu ki, indi o, 57-ci briqadanın siyahısında yoxdur.
“...57-ci briqadada mənə deyirlər ki, belə bir arayış edə bilərlər, amma etibarsız olacaq. Belə çıxır ki, mən heç yerdə siyahıda deyiləm, heç bir sənədə görə, burada keçməmişəm” deyən rusiyalı çağırışçı sual edir: bəs, mən onda hardayam?
... Raevski onu da bildirib ki, alayda ona vəd edilən ümumi etibarnamə də verilmədiyi üçün həyat yoldaşı pul almayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB