NATO sammitində iştirak edən Qərb tərəfdaşları Ukraynaya təxminən 1,5 milyard avro məbləğində hərbi yardım göstərəcəklərini vəd ediblər.
“Vilnüsdəki görüşlər çox məhsuldar keçdi. Ukrayna beynəlxalq tərəfdaşlarından 1,5 milyard avrodan çox hərbi yardım alacaq”.
SİA-nın əldə etdiyi məlumata görə, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bunu “Twitter” səhifəsində yazıb.
Bununla yanaşı, Reznikov bildirib ki, Alyansın sammitinin nəticələrinə əsasən 7 ölkə hərbi yardım təklif edib.
Onların arasında Almaniyadan 25 “Leopard” tankı olan 700 milyon avroluq yardım paketi Ukraynaya veriləcək.
Bundan əlavə, Reznikov hərbi yardımın Fransa, Böyük Britaniya, Hollandiya, Kanada və Norveç tərəfindən göstərildiyini bildirib.
Maraqlıdır ki, NATO üzvü olmayan Avstraliya da Kiyevə hərbi yardım paketi təqdim edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB